Neftçalada avtomobil istehsalı üçün yaradılmış "Azərmaş" şirkəti fəaliyyətə başlayandan indiyədək 5 mindən artıq minik avtomobili buraxıb.
Eləcə də bax: “Azərmaş”ın sədri: “Çip çatışmazlığı avtomobil istehsalımıza təsir edir”
FED.az xəbər verir ki, bu barədə zavodun idarə heyətinin sədr müavini Zaur Hacıyev bildirib. Onun sözlərinə görə, istehsal olunan maşınlaran 90%-i artıq satılıb.
Yaxın vaxtlarda «Khazar» avtomobillərinin Ukraynaya ixracı gözlənilir. Hələlik sertifikasiyadan keçmək üçün iki avtomobil göndərilib, daha sonra 400 avtomobil ixrac olunacaq.