“Xəzər-Lada” firması nizamnamə kapitalının azaldığını elan edir.
Azərbaycanda rus maşınlarının satışı kəskin azaldı: «Xəzər-Lada»nın - VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, nizamnamə kapitalının nə qədər azaldığı açıqlanmayıb. Buna qədər nizamnamə kapitalı 23 100 AZN təşkiledib.
Xatırladaq ki, “Xəzər-Lada” firması 2000-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Sahib Babayevdir.
“Xəzər-Lada” firması Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur ŞTQ, Əhməd Mehbalıyev PR ( Qaraçuxur qəs), ev 58/1 ünvanında yerləşir.