Başqa bir sahə kimi, avtomobil istehsalını göstərmək olar. Azərbaycanda minik və yük avtomobillərinin istehsalı ildən-ilə artır. FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Eləcə də bax: Azərbaycanda «Lada»ların satışı kəskin artıb - TƏKCƏ «NİVA» DEYİL
"Təkcə Neftçala Sənaye Məhəlləsində 2018-ci ilin martından fəaliyyət göstərən “Xəzər” avtomobil zavodunda 1600-dan çox minik avtomobili istehsal olunub və böyük əksəriyyəti artıq satılıb. Müəssisə daha 400-ə yaxın avtomobil üçün sifariş qəbul edib, - nazir deyib.