Bu ilin yanvar-fevral aylarında Azərbaycana 195,3 milyon dollar dəyərində 10 min 488 ədəd minik avtomobili idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 60,6 milyon dollar və ya 23,7%, miqdar ifadəsilə isə 4 min 821 ədəd, başqa sözlə 31,5% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 255,9 milyon dollar dəyərində 15 min 309 ədəd minik avtomobili gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir minik avtomobilinin orta qiyməti 18 min 624 dollar (təxminən 31 min 661 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 16 min 718 dollar (təxminən 28 min 421 manat) idi. Bu da illik müqayisədə 1 906 dollar (3 240 manat) və ya 11,4% bahalaşma deməkdir.











