Son dövrlər bütün dünyada elektrik avtomobillərinin istehsalının geniş artması, onlara olan tələbatın yüksəlməsi Azərbaycanda da hiss olunur.
Qiyməti 7,5 min manatdan başlayan - ELEKTRİK AVTOMOBİLLƏRİ – SİYAHI, QİYMƏTLƏR
Bir qədər əvvəl ölkəyə idxal edilən hibrid və eklektrik avtomobilləri ilə bağlı idxal prosesi də sadələşib.
FED.az əhali üçün maraqlı olduğunu nəzərə alaraq elektrik avtomobillərinin ölkəyə idxalının təqribi xərcini hesbalayıb.
Qeyd edək ki, elektrik avtomobillərinin Azərbaycana xaricdən idxalı zamanı yalnız gömrük rüsumu tutulur. Gömrük rüsumu avtomobilin gömrük dəyərinin 15%-i olaraq hesablanır.
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1000-1200-1500-1800 manat - 20 VAKANSİYA
Gömrük dəyəri – avtomobilin öz satış qiyməti və Azərbaycan gömrüyünə gəlib çatana qədər çəkilən bütün xərclərin cəmidir. Məsələn avtomobilin satış qiyməti 5 min dollardırsa, amma onun Azərbaycana gətirilməsi üçün əlavə 1000 dollar, sığortasına isə məsələn 200 dollar xərc çəkilibsə, avomobilin gömrük dəyəri 6200 dollar təşkil edir.
Avqustda keçiriləcək hərraclara 62 avtomobil çıxarılacaq - UCUZ QİYMƏTƏ - SİYAHI
Nəticədə gömrük rüsumu son məbləğdən – məsələn, misalda deyildiyi kimi 6200 dollardan 15%-lə hesablanır və 930 dollar edir.
Gömrükdə digər xərclər cüzidir – aksiz vergisi yoxdur, ƏDV 11-22 manat arasındadır, gömrük yığımları 120 manat, vəsiqə haqqı 30 manat, elektron gömrük xidməti haqqı 30 manat, elektron gömrük xidməti üzrə ƏDV isə 5,4 manat təşkil edir. Yəni, çəkilən misalda (6200 dollarlıq avtomobil üzrə) 930 dollardan başqa, təqribən 200 manat əlavə ödəniş edilməlidir.
Xaricdən alınan avtomobilin satış qiyməti 10 min dollardırsa, onun gömrük dəyəri təqribən 11 500 dollar olacaq (yol və sığorta haqqı əlavə edilməklə – təqribi hesablamadır). Bundan gömrük rüsumu 1 680 dollar, əlavə 200 manat da digər xərclər hesablanır.
Başqa sözlə, təkcə xaricdə ucuz qiymətə olduğuna və elektriklə işlədiyinə görə deyil, həm də ƏDV güzəşti də elektrik avtomobillərini sərfəli varianta çevirir.