Ölkəyə yeni gətirilən avtomobillərin qiymətində bahalaşma müşahidə edilir, bazarda durğunluq yaşanır.
Avropada ən çox satılan elektromobillər - AÇIQLANDI
FED.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, danşınma qiymətlərinin artması və digər amillər nəqliyyat vasitələrinin qiymətlərinə təsir edib.Ötən ayla müqayisədə avtomobil bazarında fəallıq aşağı düşüb.
Köhnə avtomobillərə gəlincə, ötən ay əsasən buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində artım daha çox hiss olunub.
“Ekspert Eldəniz Cəfərov bildirib ki, bahalaşma müvəqqəti xarakter daşıyır.”
İli köhnə olan avtomobillərin utilizasiyası ilə bağlı qərarın təsdiqlənməsi ikinci əl avtomobil bazarında qiymətlərin enməsi ilə nəticələnəcək.Eldəniz Cəfərov qeyd edib ki, alıcılar hazırda mühərrik həcminə görə seçim edirlər.Daha çox mühərrik həcmi 1500-2000 kub santimetr olan avtomobillərə üstünlük verilir.
Ekspert əlavə edib ki, bazarda durğunluğun əsas səbələrindən biri də mövsümlə əlaqədardır.
Avqust-sentyabr ayında yenidən canlanma müşahidə olunacaq. (Xezerxeber.az)