“Avtostat” analitika agentliyinin məlumatına görə, 2023-cü ilin birinci yarısının nəticələrinə əsasən, Tesla Model Y elektrik krossoveri Avropa bazarında ən çox satılan model olub.
Togg 2032-ci ilə qədər 1 milyon avtomobil - İSTEHSAL EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu avtomobili Avropanın 136 564 sakini seçib ki, bu da tələbatın 3 dəfə artmasından xəbər verir.
Avtomobil Norveç, Danimarka, Hollandiya, İsveçrə və İsveç sakinləri arasında böyük populyarlıq qazanıb. Eyni zamanda, Norveçdə Tesla Model Y bütün satışların təxminən 25%-ni təşkil edib.
İkinci yeri Dacia Sandero hetçbeki (+27%, 123 408 ədəd), üçüncü yeri isə Volkswagen T-Roc krossoveri (+29%, 111 692 ədəd) tutub. İlk beşliyə həmçinin Peugeot 208 (-4%, 105.7 min ədəd) və Opel/Vauxhall Corsa (+19%, 105.6 min ədəd) daxildir.