"Volvo Cars" şirkəti XC90 modelinin iki zirehli versiyasının istehsalına başlayır.
ELƏCƏ DƏ BAX: Azərbaycanda minik avtomobili istehsalında sıçrayış
FED.az TASS-a istinadən xəbər verir ki, şirkətin ilk zirehli avtomobilləri 10 mm-lik polad örtüyə və 50 mm-ə qədər qalınlığı olan güllə keçirməyən şüşəyə malik olacaq.
Əsas zirehli modifikasiyanın yığımı Göteborqdakı zavodda aparılacaq, lakin avtomobillərə zireh quraşdırmaq üçün onlar Almaniyaya göndəriləcək.
İlk zirehli "Volvo XC90" bu ilin sonunda konveyerdən buraxılacaq. XC90-ın digər, daha yüngül modifikasiyası isə Braziliyada istehsal olunacaq. Maşınların gələn ilin birinci yarısından satışa çıxarılması planlaşdırılır.