FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - may aylarında (ilk 5 ayda) Azərbaycanda 926 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - may ayları ilə müqayisədə minik avtomobili istehsalı 7,1 dəfə artıb.
ELƏCƏ DƏ BAX : Avtomobil sektoru hökumətə 12 təklif göndərir – SİYAHI
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında isə 490 ədəd minik avtomobili istehsal edilib.
01.06.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 297 ədəd təşkil edib. 01.05.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 186 ədəd təşkil etmişdi.
Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. Plana görə, il 4 ayda “Khazar” avtomobil zavodu 1000 ədəd avtomobil yığmalı idi.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır.
Həmçinin, 2019-cu ilin yanvar- may dövründə ölkəmizdə 631 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-may dövrü ilə müqayisədə traktor istehsalı 0,2% artıb.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.