“Volkswagen” Rusiyanın Kaluqa şəhərindəki zavodunu satışa hazırlayır. Qeyd edək ki, orada “Volkswagen Tiguan”, “Volkswagen Polo” və “Skoda Rapid” avtomobilləri yığılıb.
Eləcə də bax: "Volkswagen"nin rəhbəri istefa verdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Artıq Qazaxıstan və Avstriyadan potensial alıcılardan ibarət iki nümayəndə heyəti zavoda səfər edib. Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəsmiləri də gəlib”, – mesajda bildirilir.
Mənbə əlavə edib ki, “Volkswagen” 2022-ci ilin sonuna qədər satış barədə qərar qəbul etməyi planlaşdırır. Şirkət 2022-ci ilin martında Rusiyada avtomobillərin ixracını və istehsalını dayandırdığını elan edib.