Almaniyanın «Volkswagen AG»nin direktorlar şurasının sədri Herbert Diss sentyabrın 1-də öz vəzifəsini tərk edəcək.O 2018-ci ildən bu vəzifəni tuturdu.
Azərbaycana köhnə avtomobillərin gətirilməsi və istifadəsi - MƏHDUDLAŞDIRILACAQ
FED.az xəbər verir ki, «Volkswagen AG»nin yeni rəhbəri Oliver Blume olacaq. «Volkswagen AG» sistemində 1994-cü ildən çalışan Oliver Blume hazırda «Porsche» şirkətinə rəhbərlik edir.
Bundan əlavə, «Volkswagen»in baş maliyyə direktoru Arno Antlits şirkətin baş əməliyyat direktoru vəzifəsini də icra edəcək.
«Volkswagen»in səhmləri 1,2% ucuzlaşıb, lakin şirkətin rəhbərinin dəyişməsi ilə bağlı xəbərlər Frankfurt birjasının bağlanmasından sonra açıqlanıb. İlin əvvəlindən şirkətin kapitallaşması 24% azalaraq 84 milyard avroya düşüb.