Amsterdamda keçirilən xüsusi tədbirdə «Volkswagen» şirkəti özünün yeni yığcam krossoverini «T-Cross»u təqdim edib. FED.az xəbər verir ki, «Polo»ların bazasında yığılan yeni model şəhər maşını sayılacaq.
Eləcə də bax: «Chery Tiggo»nun yeni versiyası – GÖSTƏRİCİLƏR VƏ QİYMƏT
Bununla yanaşı, «T-Cross»un «Polo»dan fərqləri var. Belə ki, yeni model «Polo»dan 54 mm uzun və 97 mm hündürdür.
Eləcə də «T-Cross» yerdən daha hündürdür. Yeni modelin aparıcı təkərləri öndədir, mühərriki isə həm 3 silindrli (95-115 at gücü), həm də 4 silindrli (150 at gücü) olacaq. «T-Cross»un 95 at güclü 1,6 litr həcmli dizel mühərriki də olacaq.
Modeldə piyadalara nəzarət və avtomatik əyləc mexanizmi də nəzərdə tutulub. Avropada «T-Cross»un satışlarına bu ilin sonundan başlanacaq, qiymət 18 min avro olacaq.