Çinin «Chery» şirkəti yerli bazarda yenilənmiş «Chery Tiggo 5X»nun satışına başlayıb. FED.az xəbər verir ki, yeni model 7 komplektasiyada və fərqi mühərriklə buraxılır. Qiymətlər 9-13 min dollar arasındadır.
Eləcə də bax: Şirkətlərin avtomobilləri vergiyə cəlb ediləcək - DAHA ÇOX VERGİ YIĞILACAQ
DƏyişiklik avtomobilin həm xarici, həm də daxili görünüşünə təsir edib. Belə ki, modeldə radiatorun yeni çərçivəsi var, bamperlər təkmilləşib, gündüz hərəkət işıqları diodlu lampalarda təmin edilib. Salon da tamamilə dəyişib, indi burada tamamilə rəqəmsal cihazlar lövhəsi və sükan diski var.
Avtomobilin qabarit ölçüləri dəyişməyib və əvvəlki kimi 4338×1830x1645 mm-dir, təkər bazası 2630 mm-dir.
«Chery Tiggo 5X»nin iki mühərrik variantı var. Bunlar «adi» 1,5 litr həcmli və 116 at güclü mühərrik və daha güclü 1,5 litr həcmli və 157 at güclü turbo mühərrikdir.
Eləcə də bax: Dünyanın ən çox satılan avtomobilləri - SİYAHI