Avtomobil istehsalçısı “Volkswagen” yarımkeçirici çiplərin çatışmazlığına görə iş saatlarını azaldacaq.
Eləcə də bax: "Samsung"dan 17 milyardlıq yeni - Çip Zavodu
FED.az xəbər verir ki, iş gününün azaldılması şirkətin Almaniyanın Volzburq şəhərində yerləşən ən iri zavoduna aiddir və oktyabr ayının ilk iki həftəsini əhatə edəcək.
Alman istehsalçı daha əvvəl həmin zavodda eyni səbəbdən iş növbələrinin sayını müvəqqəti olaraq azaldıb. “Volkswagen” qlobal çip böhranının avtomobil tədarükünü milyonlarla ədəd azaltdığını deyib. (Report)