“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Eləcə də bax: Azərbaycanda artıq hamı kuryer ola bilər – 15 Milyonluq Bazarda Yeni Şirkət – MÜSAHİBƏ
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib.
FED.az xəbər verir ki, kampaniya çərçivəsində 23 aprel-28 may tarixlərində, şənbə günləri gedişləri 50%-ə qədər endirimlə sifariş etmək mümkündür.
Endirimli qiymətlər 1 manatdan başlayır. Məsələn, həftəiçi Əhmədli metro stansiyasından Dənizkənarı Bulvara 4.1 manata getmək olursa, şənbə endirimləri ilə bu daha sərfəli olacaq. Endirimin həcmi gediş tarixçəsi və gedişlərin müntəzəmliyindən asılıdır və sifariş məbləğinin 10% - 50%-i arasında dəyişə bilər. Bundan başqa, xidmətin yeni istifadəçiləri üçün şənbə günü kampaniyasına 30% endirim də əlavə olunur.
“Bakı dinamik şəhərdir. Həftəsonlarında şəhərin sakinləri və qonaqları yeni məkanlara daha fəal şəkildə üz tuturlar, Dənizkənarı Milli parkda gəzirlər, qonaqlığa və alış-verişə gedirlər. Bunun üçün şəxsi avtomobil və həddən artıq yüklənmiş ictimai nəqliyyatdan istifadə hamı üçün arzuolunan deyil. Şənbə günlərində şəhər ərazisində rahat gedişi daha əlçatan etmək, eyni zamanda, sürücülərə daha çox sifariş qazandıra bilməkdən məmnunuq. Kampaniya çərçıvəsində bütün gediş xərcləri şirkət tərəfindən qarşılanır, sürücülər isə ödənişi tam məbləğdə əldə edirlər,”- deyə Uber-in Azərbaycandakı nümayəndəsi Müşviq Həsənov qeyd edib.
Uber - şəxsi avtomobillə taksidaşıma xidməti üzrə eyniadlı tətbiqin yaradıcısı olan beynəlxalq texnologiya şirkətidir. Uber-in missiyası şəhərdaxili gedişləri bütün sakinlər üçün ən müasir standartlar əsasında sadə, etibarlı və əlçatan etməkdir.