Bu ilin yanvar ayında Türkiyənin velosiped, moped və motosiklet istehsalçılarının Azərbaycana ixracı illik müqayisədə 54 dəfə artaraq 11 min ABŞ dollarından 679 min ABŞ dollara yüksəlib.
Eləcə də bax: Türkiyə meyvə şirələrinin ixracını - Rekorda Çatdırıb
FED.az xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İhracatçıları Birliyinin hesabatında bildirilib.
Məlumata görə, eyni dövrdə Türkiyənin velosiped, moped və motosiklet istehsalçılarının ixracı illik müqayisədə 72,8 % artaraq 8,658 mln ABŞ dolları təşkil edib. Yanvar ayında ümumilikdə 49 ölkəyə ixrac həyata keçirilib.
Hesabat dövründə Türkiyənin motosiklet istehsalçıları ən çox ixracı 1,47 mln ABŞ dollarla Fransaya (16,96 % çox) həyata keçirib. Onu 1,282 mln ABŞ dollarla Niderland (77,2 % çox) və 1,145 mln ABŞ dollarla Finlandiya (0,55 % çox) izləyib. (Apa)