2020-ci ildə Türkiyənin meyvə şirələrinin ixracının dəyəri əvvəlki illə müqayisədə 24% artaraq rekord həddə – 322,8 mln. ABŞ dollarına çatıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Ege Bölgəsi İxracatçılar Birliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, 2019-cu ildə meyvə şirələrinin ixracı 259,8 mln. dollara bərabər olub.
Türkiyədən meyvə şirələrinin əsas idxalçıları ABŞ (86,6 mln. dollar) və Niderland (32,1 mln. dollar) olub. 2020-ci ildə ən böyük ixrac artımı Cənubi Koreyaya müşahidə edilib. Bu ölkəyə ixrac 133% artaraq 31,5 mln. dollara çatıb.
Ən populyar məhsullar alma, üzüm, ananas şirələri və onların konsentratları olub. (Apa)