2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,56 faiz azalaraq 84,363 milyon dollar təşkil edib.
Eləcə də bax: Azərbaycana gələn xarici avtomobillərdən - Vergi Tutulmasi ilə bağlı Yenilik
FED.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin oktyabrına nisbətən 60,59 faiz artaraq 8,034 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 20,055 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz azalıb.