Vergi və Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərin səbəbi məlum olub.
Eləcə də bax: Azərbaycanda vergi-gömrük güzəştlərinə - YENİDƏN BAXILACAQ - HÖKUMƏTDƏN QƏRAR
FED.az xəbər verir ki, hər iki Məcəlləyə təklif edilən dəyişiklikdə bildirilir ki, qanun layihəsinin məqsədi ticarətin asanlaşdırılmasına əlverişli şəraitin yaradılması üçün malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli keçidinin təmin edilməsindən və qanunvericilikdə nəzərdə tutulmuş yol vergilərinin gömrük orqanları tərəfindən alınması mexanizminin təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 230-cu maddəsinə və Vergi Məcəlləsinin 211.2-ci maddəsinə uyğun olaraq, xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergilərinə cəlb olunur və hazırda bu vergilərin gömrük orqanları tərəfindən alınma mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.
Belə ki, layihənin qəbul edilməsi gömrük orqanları tərəfindən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman yol vergisinin sərhəddə alınması ilə yanaşı gömrük rəsmiləşdirilməsi yerlərində də alınmaqla, xarici ticarət iştirakçıları, o cümlədən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçıları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli keçidini tənzimləməklə, mal dövriyyəsinin sürətləndirilməsinin və vaxt itkisinin minimuma endirilməsinin və vaxt itkisinin minimuma endirilməsinin nizama salınmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük və Vergi Məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib. (Apa)