Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda “TOGG” avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.
Eləcə də bax: Koronavirus Türkiyənin - YERLİ AVTOMOBİLİNİ DƏ "VURDU"
FED.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə bildirilib ki, zavodda ilk avtomobil 18 ay sonra, 2022-ci ildə buraxılacaq.
Zavodun istehsal gücü ildə 175 min avtomobildir və 2030-cu ilin sonunadək zavod 5 fərqli modellə ümumilikdə 1 milyon ədəd minik maşın istehsal edəcək.
Təməli qoyulan zavodun tikintisində 2 min nəfər, zavod işə düşdükdən sonra isə orta hesabla 4 min nəfər işləyəcək. Zavodda tamamilə eleuktriklə işləyən avtomobillər buraxılacaq.
Buraxılan maşınlar təkcə Türkiyədə deyil, bütün dünyada satılacaq.
Zavod rəşbərliyi bildirib ki, yerli elektrik avtomobili istehsalı üçün mühüm məsələlərdən biri artıq həll edilib. Maşınlar üçün elekktrik batareyası da burada istehsal ediləcək. Fərqli paketlərlə 300 və 500 kilometrdən çox məsafəni təmin edəcək yüksək texnologiyalı batareyanın dizaynı başa çatıb
Zavod 1,2 milyon kvadratmetr ərazidə inşa edilir, daxili sahə 230 min kvadrat metrdir. TOGG Zavodunda çalışanların ən az 30 faizi qadın işçilər olacaq.
Zavodun yerləşməsi də əla seçilib – müəssisə İstanbul-İzmir şosse yolundan 4 kilometr məsafədədir. Üstəlik, 3 kilometrlik perimetr ərazidə 3 aktiv liman var.