Türkiyədə taksilərlə bağlı qaydalar dəyişir. FED.az xəbər verir ki, bu təşəbbüslə Türkiyə sürücülər və avtomobil Federasiyası (TŞOF) çıxış edib. Birliyin rəhbəri Fevzi Apaydın bildirib ki, taksi sürücüləri, ümumiyyətlə bu sahədə çalışanlar üçün yeni standart yaranmalıdır.
Eləcə də bax: Ərdoğanın karikaturasını paylaşan deputatlar həbs olunur
Qeyd edək ki, Türkiyədə taksi fəaliyyəti ilə məşğul olmaq, bunun üçün liseziya almaq çox çətindir. Hətta bəzi ailələr taksi lisenziyasını nəsildən nəsilə ötürürlər. Türkiyədə taksilərin sayına limit qoyulduğuna görə, bu sahədən daha çox qazanc götürmək olur və bəziləri lisenziya aldıqdan sonra həmin avtomobili sadəcə icarəyə verməklə də gəlir əldə edirlər. İndi isə bu qaydanın ləğvi təklif edilir: «Avtomobilini istifadə etməyənlər onu satsın, bu işlə məşğul olmasın»-deyə Federasiya rəhbəri bildirib.
Eləcə də bax: Babək prospektinin bir hissəsində hərəkət istiqaməti dəyişdirildi
Apaydın bildirir ki, maşınların icarəyə verilməsi bu sahəyə təsadüfi adamların daxil olmasına və şikayətlərin artmasına səbəb olur: «O taksiləri icarəyə verənlər 3 günlük, 5 günlük icarələyirlər, «rent a car» kimi çalışırlar. Bu maşınları şəxsiyyəti müəyyən olmayan şəxslər icarələyir. Bunların içində sərxoşu, narkotik maddə istifadə edəni, təcavüzçüsü, çox mədəni olanı da var. O icarəyə verən adam bunlara çox baxmır. Bu insanlar biznesmen və sənətkara, xüsusilə taksiçilere çətinlik yaşadır».
Eləcə də bax: Corab biznesi 900 milyon dollar pul gətirib