Toyota-nın qlobal satışları aprel-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 5,6 milyon ədəd olmaqla tarixi ən yüksək səviyyəyə çatıb.
«Reno» maşınlarının Azərbaycana gətirilməsi – DAYANDIRILDI - RƏSMİ
FED.az xəbər verir ki, Yaponiya şirkəti açıqlamasında maliyyə ilinin birinci yarısında qlobal istehsalının onun törəmə şirkətləri olan Daihatsu Motor Co və Hino Motors Ltd. daxil olmaqla 10 faiz artaraq 5,7 milyon ədədə çatdığını bildirib.
Toyota və Lexus markalı avtomobillərin satışları bütün bölgələr arasında ən yüksək artımı 22% ilə Afrikada, 17%-lə Yaxın Şərqdə, 9,4% ilə Şimali Amerikada və 7% ilə Avropada qeydə alınıb. Tayland və İndoneziya kimi yerlərdə iqtisadi yavaşlama səbəbindən şirkətin satışları Yaponiya istisna olmaqla Asiyanın bəzi bölgələrində nisbətən zəif olub.
İstehlakçıların elektrikli avtomobillərə üz tutması ilə Toyota-nın Çində satışları 1 faizdən az artıb. Yaponiyada yarımkeçiricilərin tədarükü ilə bağlı problemlərin aradan qaldırılması ilə əlaqədar şirkətin satışları 34 faiz artıb. Toyotanın elektrikli avtomobil satışları əvvəlki ilə nisbətən 38% artaraq 6 aylıq dövrdə 1,8 milyon ədədə çatıb.
Keçən həftə Yaponiyada keçirilən "Mobility Show"da ölkədə kifayət qədər enerji doldurma şəbəkəsi olmadığını bildirən Lexus-un rəhbəri Takashi Vatanabe, "Onların sayı hələ də məhduddur, lakin biz Lexus-a məxsus enerjidoldurma stansiyaları üçün də proqram üzərində işləyirik" demişdi. (Marja)