“Toyota Mirai” avtomobili 2021-ci ildə hidrogenlə işləyən maşınlar arasında uzaq məsafəyə gediş üzrə dünya rekorduna imza atıb.
Eləcə də bax: "General Motors"u 90 illik taxtından saldı - Artıq Ən Sevimli Brend Odur!
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə yapon markasının mətbuat xidməti məlumat verir.
“Toyota Mirai” əlavə yanacaq doldurmadan iki gün ərzində 1 360 kilometr məsafə qət edərək, Ginnessin “Rekordlar” kitabına düşüb. Səfər bu ilin avqustunun ikinci yarısında ümumi istifadə edilən yollar üzrə olub və Cənubi Kaliforniyada baş tutub. “Rekordlar” kitabının nümayəndələri səfəri müşahidə edib.