ABŞ-ın ənənəvi avtomobil nəhəngi, 1931-ci ildən bəri Ford-u da geridə qoyaraq, bazarın lideri olan General Motors 90 ildən sonra bu möveyini əldən verib.
Eləcə də bax: "Samsung"dan 17 milyardlıq yeni - Çip Zavodu
FED.az xəbər verir ki, “günahkar” yapon avtomobil brendi Toyota-dır.
2021-ci ilin 9 ayının nəticələrinə görə, Toyota ABŞ bazarında 1 milyon 860 min ədəd avtomobil satıb. Bu dövrdə General Motors-un satışları 1 milyon 780 min ədəd olub. Tarixdə ilk dəfə Toyota ABŞ bazarında Amerikan markalarından daha çox sevilən brend olub.
Qlobal çip böhranı əksər iri şirkətləri ciddi şəkildə sıxır. General Motors bu səbəbdən cari ilin 3-cü rübündə satışların son 10 ildə ən kəskin şəkildə - 33% azalaraq, 446 997 avtomobilə düşdüyünü bildirir.
Toyota isə bu böhranın öhdəsindən daha yaxşı gəlməsi sayəsində son rübdə Amerika bazarında satışları 1,4%, ümumiyyətlə son 9 ayda 28%-ə yaxın artırıb. Müqayisə üçün - Nissan-ın satışları 10%, Chrysler-in ana şirkəti Stellantisin təchiz etdiyi avtomobillər isə 19% azalıb. (Marja)