Dünyanın 1 nömrəli avtomobil istehsalçısı Toyota Motor Corp. işçiləri üçün son 20 ilin ən böyük maaş artımını etməyə razılaşdığını açıqlayıb.
Toyota-nın hibrid avtomobili Türkiyədə - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, danışıqların ilk raundunda maaşların, o cümlədən əsas əməkhaqqı və mükafatların artırılması ilə bağlı razılaşmanın əldə edildiyi bildirilib.
Toyota, işçilərin əməkhaqqı artımı faizini açıqlamayıb.
Şirkət bu ilki mükafatların 6,7 aylıq əməkhaqqına bərabər olacağını bildirib.
Həmkarlar ittifaqının yaydığı açıqlamada sözügedən maaş artımının son 20 ilin ən böyük artımı olduğu vurğulanıb.
Yaponiyada da qiymətlər artdığından işçilərin maaşlarının artırılması gündəmdədir. Yaponiya Mərkəzi Bankının (BOJ) inflyasiya hədəfinin 2 faiz olmasına qarşı ölkədə inflyasiya 4 faizə çatıb. (Marja)