Türkiyənin milli elektromobil brendi olan "Togg" 100 km/saat sürəti cəmi 4,8 saniyəyə yığır.
İlham Əliyev: "TOGG Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir"
40 dəqiqəyə tam olaraq şarj edilir və 300-500 kilometr məsafə qət etmək olur.
FED.az xəbər verir ki, elektromobilin kütləvi istehsalına ötən il start verilib. Nəqliyyat vasitəsi bu ildən satışa çıxarılıb.
Ekoloji cəhətdən təmiz olan "Togg" iki versiyada istehsal edilir. Birinci versiyası 272 at gücündədir, digər versiyası isə qoşa mühərriklidir və 544 at gücünə malikdir.
Bəs görəsən bu avtomobilə Azərbaycan barazında maraq hansı səviyyədə olacaq?
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, ölkəmizdə də Türkiyə təcrübəsindən yararlanmaqla elektromobil istehsal etmək üçün şərait yaranıb. "Togg"un perspektivi olduğu üçün gələcəkdə hətta onun bəzi modellərinin Azərbaycanda istehsalı üçün də işlər görmək olar.
Qeyd edək ki, elektromobilin Türkiyədə ilkin qiyməti 85 min manatdan başlayır. Mütəxəssislər bu elektomobilin dünya bazarında rəqabətə davam gətirmək qabliyyətini yüksək qiymətləndirirlər. (Xezerxeber.az)