Togg-un satışı Tesla-ya yaxınlaşıb.
Türkiyə “Togg” elektromobilini dünya brendinə çevirməyi planlaşdırır
FED.az Türkiyə Avtomobil Distribyutorları Assosiasiyasının məlumatlarına istinadən xəbər verir ki, oktyabr ayında 500 ədəd Tesla, 3 min 567 Togg satılıb.
Ancaq ilin 10 ayına baxdığımızda Tesla Togg-dan daha çox satışa çatıb. 2023-cü ilin yanvar-oktyabr aylarında 10 min 700 ədəd Tesla, 9 min 171 ədəd Togg satılıb.
Ümumilikdə Türkiyənin elektrikli avtomobil bazarına baxdıqda oktyabr ayında çox sürətli bir artım olduğu görülür. Məlumatlara görə, elektrikli vasitə satışları oktyabr ayında 10 dəfə artaraq 9 min 832 olub.
Yanvar-oktyabr dövrünə baxıldığında, elektrikli vasitə satışları 9 dəfə artaraq 48 min 883-ə yüksəlib. Bu dövrdə elektrik avtomobilin ümumi satışlardakı payı 6,5 faiz olaraq qeydə alınıb.
Yanvar-oktyabr dövrünə nəzər salsaq, Türkiyədə elektrikli avtomobil bazarında Tesla-nın payı 22%, Togg-un payı isə 19% olub (Marja)