Türkiyə 2024-cü ildə milli “Togg” elektromobilinin Avropaya ixracına başlamağı və onu qlobal brendə çevirməyi planlaşdırır.
Türkiyəli nazir: "İlin sonuna qədər 28 min TOGG istehsal ediləcək"
FED.az xəbər verir ki, bu barədə ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçir bildirib.
"İndi biz gündə 180-200 avtomobil istehsal edirik, iki-üç həftə ərzində bu rəqəmi 280-ə çatdırmağı planlaşdırırıq. 2024-cü ildə bizim üçün cəlbedici bazar olan Avropaya elektromobillərinin ixracına başlamaq, sonra isə “Togg”u dünya brendinə çevirmək planlarımız var”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyənin “Togg” elektromobili 2019-cu ildə təqdim edilib, avtomobillər ölkənin qərbindəki Bursa vilayətində istehsal olunur. “Togg” 2023-cü ilin martında satışa çıxarılıb. Türkiyə səlahiyyətliləri daha əvvəl yeddi il ərzində təxminən 1 milyon elektromobil istehsal etməyi planlaşdırdığını açıqlayıblar. (Report)