Elektromobil istehsalçısı Tesla şirkətinin səhmləri tarixinin ən kəskin ucuzlaşmasının ardından itkinlərinin bir qismini bərpa edib.
Eləcə də bax: Teslanın səhmləri çökdü - 21 % AZALMA
FED.az xəbər verir ki, çərşənbə axşamı günü Tesla Inc. şirkətinin səhmləri 21% dəyərdən düşmüşdü. Tarixinin ən pis gününü keçirməsinin ardından Çərşənbə günü qiymət 10.92% yüksəlib.
Dünən Tesla-nın səhmləri 366.28 dollardan bağlanıb.
Tesla-nın səhmlərinin ucuzlaşmasına, şirkətin bu ayın əvvəlində 5 milyard dollarlıq səhm emissiya etməsi, şirkətin ən böyük səhmdarlarından birinin payını azaltması, şirkətin S&P 500 İndeksinə daxil edilməməsi, General Motors-un şirkətin rəqiblərindən birinə ortaq olması səbəb olmuşdu.
Elon Muskun qurduğu Tesla şirkətinin səhmləri 2020-ci ilin əvvəlindən bu yana 337 dəyər qazanıb. (Marja)