“Tesla Inc” elektriklə çalışan “Semi Truck” adlı ilk yük avtomobilini dekabrın 1-də sərinləşdirici içki istehsalçısı “PepsiCo” kompaniyasına təhvil verəcək.
Eləcə də bax: "Tesla" bu il "Semi" elektrik yük avtomobilinin tədarükünə - BAŞLAYACAQ
FED.az xəbər verir ki, bunu “Tesla” kompaniyasının sahibi İlon Mask özünün “Twitter” hesabında yazıb.
“PepsiCo” hələ 2017-ci ildə, “Tesla” elektriklə işləyən yük maşınları istehsal etmək planlarını açıqlayanda 100 ədəd “Semi Truck” sifariş vermişdi. İlk tədarükün 2019-cu ildə başlanması gözlənilsə də, “Tesla” bu tarixi dəfələrlə geri çəkmişdi.
Bir dəfə enerji doldurma ilə 500 mil (804,7 kilometr) məsafə qət edən yük avtomobilinin qiyməti 180 min dollardan başlayır.
“Tesla”nın səhmləri cümə günü Nyu-Yorkda keçirilən ilkin hərracda 0,2 faiz ucuzlaşıb. Eyni zamanda, ilin əvvəlindən bəri kompaniyanın bazar kapitallaşması 32,4 faiz, “Nasdaq Composite indeksi” isə 29 faiz azalıb. (Azərtac)