Azərbaycana «Toyota»nın yeni hibrid modelləri «Corolla» və «Camry» gətiriləcək.
Azərbaycanda Toyota avtomobillərinin rəsmi dilleri olan “Toyota Bakı Mərkəzi”ndən verilən məlumata görə, qeyd edilən avtomobillərə maraq çoxdur.
Eləcə də bax: Dövlət Gömrük Komitəsi: Hibrid avtomobillər - RÜSUMDAN AZAD EDİLMƏYƏCƏK
“Artıq 7 ədəd yeni Toyota Corolla və 5 ədəd Toyota Camry sifariş olunub”- deyə satış mərkəzinin rəsmisi Eldəniz Cəfər FED.az-a bildirib.
Onun sözlərinə görə, «Corolla» şəhər içi qarışıq sərfiyyatda 4 litrdən az yanacaq sərf edəcək. Hətta maşın saatda 50 kilometr sürətdən az sürətlə idarə olunarsa o zaman avtomobilin ümumiyyətlə yanacaq sərf etməyəcəyi bildirilib.
Eləcə də bax: "Toyota"dan hibrid avtomibillərlə bağlı - YENİLİK
«Corolla»lar 1800 kub sm, «Camry»lər isə 2500 kub sm dir mühərriklə təchiz olunublar. «Corolla» 27 min dollardan, «Camry» isə 35 min dollardan baha təklif olunacaq.