Son vaxtlar taksi qiymətlərində artım müşahidə olunur.
Məşhur taksi şirkəti: «Azərbaycanda taksi bahalaşacaq, hamı üçün əlçatan olmayacaq» - RƏSMİ AÇIQLAMA
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin “Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” açıqlaması və taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının təyin edilməsi sosial şəbəkələrdə də müzakirə mövzusu olub. Qanuna dəyişikliyin tətbiqi oktyabrın 1-dən gözlənilsə də, bu qərar taksi xidmətlərinin qiymətinə indidən təsir edib.
FED.az xəbər verir ki, taksi xidmətindən yararlananlar arasında sorğu keçirilib.
Məlum olub ki, bahalaşmanı hiss edənlər yalnız xanım sərnişinlərdir.
Kişilər isə qiymət artımına çox diqqət etmədiklərini, əksinə, artımın normal olduğunu bildiriblər.
Taksi sürücüləri də xidmətlərdə müəyyən qədər bahalaşma olduğunu təsdiqləyiblər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sərnişinlər narazı olsa da, mövcud vəziyyət normal qəbul edilməlidir.
Ekspertlər qiymətlərin tədricən bir az da artacağını proqnozlaşdırırlar. (Xezerxeber.az)