Taksi şirkəti olan "Bolt"un sürücüləri etiraz məqsədi ilə kütləvi şəkildə ofisin qarşısına toplanıblar.
Azərbaycanda Bolt sürücüsünə 267 manat bəxşiş verilib - 1 nəfər il ərzində 1755 dəfə istifadə edib
FED.az xəbər verir ki, sürüclərin tələbləri müştəriləri ünvan başına çatdırmaq üçün onlara tətbiq olunan tarifin çox aşağı olmasından ibarətdir.
Sürücülərin sözünə görə, hazırki qiymətlər digər ictimai nəqliyyat növlərinin qiyməti ilə hesablanarsa, taksi xidməti avtobus və metro ilə demək olar ki, eynidir.
Taksi sürücülərinin bu qədər səs-küy salmasına baxmayaraq, "Bolt" taksi xidmətinin rəsmilərindən isə heç kim onların qarşısına çıxmadı.
Çəkiliş qrupu ofisə daxil olub, ancaq "Bolt"un əməkdaşı suallara cavab vermək səlahiyyətinin olmadığını bildirib.
Şirkət rəhbərliyi ilə telefonla əlaqə saxlanılmağa cəhd olunsa da, nəticə əldə olunmayıb. (Xezerxeber.az)