Avto

Sürücülük imtahanı yeni qayda ilə keçiriləcək – PREZİDENTƏ MƏLUMAT VERİLDİ

Sürücülük imtahanı yeni qayda ilə keçiriləcək – PREZİDENTƏ MƏLUMAT VERİLDİ | FED.az
09:35 13 Fev 2020

Kürdəmirdə səfərdə olan və «ASAN Xidmət» mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyevə sürücülük imtahanındakı yeniliklərlə tanış olub.

Eləcə də bax: Sürücülük vəsiqəsi imtahanını - ROBOT GÖTÜRƏCƏK - YENİLİK

FED.az-ın məlumatına görə, prezidentə xəbər verilib ki, «Ağıllı sürücülük imtahanı sistemi» sürücülük vəsiqəsi almaq üçün müraciət etmiş şəxslərin sürücülük qabiliyyətlərinin qiymətləndirilməsinə dair praktiki test imtahanının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir.

Eləcə də bax: Dövlət tenderlərində yenilik olacaq - PREZİDENTƏ MƏLUMAT VERİLDİ

Sürücülük vəsiqəsinin alınması üzrə nəzəri test imtahanında uğur qazanmış şəxslər bu sistemdə qeydiyyatdan keçməklə praktiki test imtahanına yazılır, xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş avtomobildə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə hərəkət edir.

Avtomobil və yol infrastrukturu xüsusi sensor və peyk-müşahidə cihazları ilə təchiz edildiyi üçün imtahan verən şəxs tərəfindən törədilən bütün qayda pozuntuları avtomatik olaraq qeydə alınır və mərkəzi imtahan sisteminə ötürülür. Avtomatlaşdırılmış imtahan sistemi şəxsin praktiki imtahandan uğurla keçib-keçmədiyinə dair real vaxt rejimində arayış hazırlayır.

Digər xəbərlər