Konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələri dövlət qeydiyyat nişanı ilə təmin ediləcək.
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb edilməsi barədə layihə - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sürəti 50 km/saatdan çox olan nəqliyyat vasitələrini sürücülük vəsiqəsi ilə idarə etmək tələb olunacaq. (Apa)