“Subaru” şirkəti yeni kompakt “Rex” krossoverini təqdim edib.
Eləcə də bax: Taksi sürücüləri üçün «ideal avtomobil» - SATIŞA ÇIXARILDI – QİYMƏT
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni avtomobil modeli 87 at gücündə üç silindrli benzin mühərrik alıb. Qeyd edək ki, “Subaru Rex” krossoveri “Daihatsu Rocky” və “Toyota Raize” avtomobillərinə bənzəyir.
“Rex” adı “Subaru” üçün tarixidir. 1972-ci ildən 1992-ci ilə qədər buraxılan bütün modellərə bu ad verilib. Yaponiyada “Subaru Rex”in başlanğıc qiyməti 12 900 dollardan başlayır. Ona bənzər olan “Toyota Raize”in qiyməti 12 200 dollardan, “Daihatsu Rocky”nin qiyməti isə 11 900 dollar təşkil edir.