Çində «taksi sürücüləri üçün ideal» avtomobil satışa çıxarılıb.
Eləcə də bax: İsrail şəhərlərində sürücüsüz avtobuslar - İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, noyabrdan etibarən satışa çıxarılan «BYD D1» markalı elektrik avtomobili dünyanın ən böyük taksi aqreqatoru DiDi ilə birgə hazırlanıb.
Beşqapılı D1 modelinin maraqlı xüsusiyyəti odur ki, bu maşın kommersiya məqsədləri üçün istifadəyə üuyğunlaşdırılıb, yəni daha dözümlü buraxılıb.
Salon aşınmaya davamlı dəri əvəz edicisi ilə işlənib, sağ tərəfdəki qapı sürüşmə ilə olub, avtomobil bir dəfə enerji yığmaqda 418 km məsafə qət edə bilir.
Elektromobilin 136 at güclü elektrik mühərriki və ən zəruri avadanlıqları var - oturacaqların isidilməsi, kondisioner, quraşdırılmış videoregistratorlar, kruiz kontrol, avtomatik əyləc sistemi, parkinq sensorları və arxa görüntü kamerası.
Maşın cəmi 35 dəqiqəyə 30 faizindən 80 faizə qədər enerji yığa bilir.
Konfiqurasiyadan asılı olaraq, BYD D1 156-168 min yuana, (21-23 min dollara) başa gəlir.
Ekspertlər bu qiymətin ucuz olmadığını bildirirlər. Belə ki, bu qiymətə Çində ən yaxşı təchiz olunmuş hibrid «Toyota Corolla» və ya sadə «Hyundai Sonata» almaq olar.