“Subaru” şirkəti yeni “Crosstrek” krossoverini təqdim edib.
Eləcə də bax: «Land Cruiser 300»ə rəqib gəlir – 100 kilometrə 4,4 litr işlədir - ƏTRAFLI
Yenilik modernləşdirilmiş SGP (Subaru Global Platform) platforması üzərinə qurulub. Modelin dizaynı müasir avtomobil markaları üslubunda hazırlanıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, avtomobil 11.6 düymlük ekranla təchiz olunub, hansıki özündə “EyeSight” təhlükəsizlik sistemini nəzərdə tutur.
“Subaru Crosstrek”in satışları 2023-cü ildə başlayır. Krossoverin qiyməti satışların başlaması tarixinə yaxın açıqlanacaq.