Çinin «Great Wall» şirkəti özünün yeni yolsuzluq avtomobili olan «Tank 500»ün hibrid versiyasını təqdim edib.
Eləcə də bax: Çinin ən keyfiyyətli avtomobilləri açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, çinlilərin «Land Cruiser 300»in potensial rəqəbi hesab etdiyi «Tank 500»in hibrid versiyası 2,5 dəfə daha qənaətli olub.
Belə ki, bu avtombilin qarışıq rejimimdə yanacaq sərfi 100 kilometrə cəmi 4,4 litr təşkil edir. (WLTC üzrə), adi, 6 silindrli «Tank 500» isə 100 kilometrə 10,8 litr benzin yandırırdı.
Xarici görünüşdə yeni «Tank 500 PHEV»i yalnız əlavə enerji yükləmə yerindən tanımaq olar. Elektrikli avtomobil üçün benzin vesiyasının bütün opsiyaları təbiq edilib.
Avtomobil 2 litrlik 4 silindrli, turbo mühərriklə təmin edilib. Ona 175 at gücü olan elektrik mühərriki dəstək verir. Avtomobil 100 kilometrlik sürəti cəmi 6,6 saniyəyə yığır.
Elektrikli varinat benzin vari antından daha sürətli alınıb. Belə ki, ənənəvi (yəni yalnız benzinlə işləyən) «Tank 500» 3 litrlik V6 variantlı 6 silindirli mühərriklə təmin edilib və 100 kilometri 7,35 saniyəyə yığır. «Tank 500 PHEV»in akkumulyatoru 30%-dən 80%-dək enerjini 30 dəqiqəyə yığır. Üstəlik avtomobil tam ötürücü ilə işləyir.
Yeni hibrid «Tank 500 PHEV»in qiyməti hələ açıqlanmayıb, amma onun benzin variantının ötən il elan edilən qiyməti 46900 dollar olub ki, bu da Lexuı LX-dən 4 dəfə ucuz olub.