2020-ci ildə ölkəyə yalnız elektrik mühərriki ilə işləyən 191 avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 3191 təşkil edib.
Agentlik: Azərbaycanda elektromobillərin istifadəsi üzrə sıçrayış baş verəcək
FED.az xəbər verir ki, bunu "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov deyib.
Onun sözlərinə görə, bu, 17 dəfəyədək artım deməkdir: ”Ölkəyə idxal olunan hibrid mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı isə 2020-ci ildə 5086 olduğu halda, 2023-cü ildə 14 135 olub. Yəni 3 dəfəyədək artım qeydə alınıb”. (Vergilər.az)