Azərbaycanda elektrik avtonəqliyyat vasitələrinin istifadəsi sahəsində sıçrayış baş verəcək.
Xaricdən gətirilən elektromobillər 1 800 manat ucuzlaşıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov “Caspian Energy Club” tərəfindən təşkil olunan “Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda “Caspian Energy Meet Up” zamanı bildirib.
Onun sözlərinə görə, cari il ərzində ölkədə elektromobilliklə bağlı geniş proqram təstiq olunacaq.
Onun fikrincə, 2025-ci ildən sonra Azərbaycanda elektrik avtomobillərin istifadəsi sahəsində sıçrayış geniş miqyasda baş verəcək. (Apa)