Mayın 1-dən etibarən Rusiyada avtomobillərin internetlə alış-satışı başlayır.
Eləcə də bax: Gürcüstandan Azərbaycana minik avtomobillərinin ixracı - Kəskin Azalıb
FED.az xəbər verir ki, bu əməliyyatı dövlət xidmətləri portalında aparmaq mümkün olacaq. İstifadəçilər lazım olan sənədləri, o cümlədən müqaviləni elektron iimza ilə imzalayacaq, sonra isə qeydiyyatı rəsmiləşdirmək üçün yol polisinə göndərəcəklər.
Hələlik avtomobilləri internet üzərindən yalnız fiziki şəxslər alıb sata bilər və bu üsulla yalnız işlənmiş avtomobillər satıla bilər.
Ekspertlər bu üsulun ənənəvi alqı-satqıdan daha rahat olacağını bildirirlər – kağız müqaviləni və digər sənədləri doldurmaq lazım gəlməyəcək, sistemdə hər iki tərəf, eləcə də avtomobilin özü bərədə məlumat olacaq. Avtomobilin cəriməsinin olması, eləcə də indiyədək əzaya düşüb düşməməsi, yürüşü də artıq məlum olacaq.
Üstəlik, bu üsulun tətbiqi maşın bazarının «ağarması»na səbəb olacaq. Hərçənd avtomobil mütəxəssisləri bildirir ki, istənidən halda almazdan əvvəl avtomobili şəxsən yoxlamaq və ona göz gəzdirmək pis olmaz.