Martın 4-nə olan məlumata görə, Rusiyada yığılan minik avtomobillərinin qiymətləri ilin əvvəlindən 11,9% artıb.
Eləcə də bax: Rusiyanı tərk edən avtomobil istehsalçıları - ŞİRKƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, bu barədə "Rosstat"ın açıqlamasında deyilir.
Qeyd olunur ki, həmin dövrdə həm xaricdən gətirilən, həm də ölkə ərazisində istehsal olunan xarici markalı minik avtomobillərinin qiymətlərində artım 12,2% təşkil edib.
Fevralın 25-dən martın 4-dək olan dövrdə yerli istehsal olan maşınlar 17,1%, xarici avtomobillər isə 15,2% bahalaşıb.
Xatırladaq ki, 2021-ci ildə Rusiyada yerli minik avtomobilləri 19,6%, xarici avtomobillər isə 14,4% bahalaşıb. (Apa)