Rusiyanın “Rostselmaş” şirkəti Azərbaycandan olan tərəfdaşları ilə ölkəmizdə kombayn istehsalı üzrə ortaq istehsalat qurmaq imkanlarını müzakirə edir.
Eləcə də bax: Azərbaycanda geri alma zəmanəti ilə - Avtomobil Satışı Başlayıb – İLK DƏFƏ
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayətinin qubernator müavini İqor Sorokin bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanda birgə kombayn istehsalı sınaqdan keçiriləcək. İstehsal gücünün ildə 100 ədəd kombayn olacağı gözlənilir.
“Rostselmaş”ın baş direktoru Valeri Maltsev Azərbaycanda yığım müəssisəsi açmaq planlarını hələ 2019-cu ildə açıqlayıb. O zaman layihənin 2020-ci ildə başlanacağı, ilk mərhələdə 40-50 kombayn istehsal ediləcəyi planlaşdırılırdı.
2019-cu ilin noyabrında Rusiya-Azərbaycan forumunda “Rostselmaş” və “Azərmaş” Azərbaycanda kombayn yığımı üzrə müəssisənin yaradılmasını nəzərdə tutan niyyət sazişi imzalayıb. Sənəd “Nova” model kombaynların yığımını nəzərdə tutur. (Report)