“Renault Group” və “Nissan Motor” ilk birgə layihəni elan ediblər. Konsernlər Hindistanda yeni modellərin istehsalına ümumilikdə 600 milyon dollara yaxın vəsait ayırmaq niyyətindədirlər.
Ötən il Rusiya bazarını tərk edən “General Motors” - 657 MİLYON DOLLAR İTİRİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətlərin hər biri üç ədəd olmaqla altı yeni model hazırlamaq və istehsal etmək üçün Çennaydakı bazalarından istifadə edəcəklər. Onlardan ikisi elektrik mühərrik ilə təchiz olunacaq. Eyni zamanda, iki konsernin tədqiqat mərkəzi yeni avtomobillərin hazırlanmasına dəstək olmaq üçün əlavə 2000 işçi işə götürəcək.
Yeni modellər təkcə Hindistan bazarı üçün deyil, həm də kütləvi ixrac üçün nəzərdə tutulacaq. “Alyansın ilk ortaq bazası Hindistandadır və məhz bu ölkə alyansın tarixində yeni bir səhifənin mərkəzində olacaq”, – “Nissan”ın bazarlar üzrə rəhbəri AMIEO (Afrika, Yaxın Şərq, Hindistan, Avropa və Okeaniya) Hiyom Kartye bildirib.