Amerikalı avtomobil istehsalçısı “General Motors” 2022-ci ildə Rusiyada biznesin dayandırılmasından 657 milyon dollar itirib.
"Toyota" 2023-də 10,6 milyon avtomobil - İstehsal Etməyi Planlaşdırır
FED.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilib.
Qeyd edilib ki, məbləğə xalis investisiyaların silinməsi və yığılmış transfer zərərlərinin mənfəətə köçürülməsi daxildir.
Şirkət 2022-ci ilin mart ayından Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiya, Belarus və sanksiyalara məruz qalan digər ərazilərə avtomobillərin və komponentlərin tədarükünü dayandırıb.
Öətən ilin mart ayına qədər şirkət ABŞ-dan Rusiyaya premium “Chevrolet” və “Cadillac” modellərini tədarük edirdi. Avropa Biznes Assosiasiyasının (AEB) məlumatına görə, modellərin ümumi satışları 2021-ci ildə 2020-ci illə müqayisədə 1,7 dəfə artaraq 3 min 423 ədəd olub.
Xatırladaq ki, bir neçə il əvvəl, hələ 2015-ci ildə şirkət Sankt-Peterburqdakı zavodunda avtomobillərin istehsalını məhdudlaşdıraraq Rusiyadakı mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmışdı. (Azərtac)