Fransanın “Renault” konserni “AvtoVAZ”ı satmağa hazırlaşır.
Eləcə də bax: «Lada»lar «avtomat»sız qaldı
FED.az Banker.az-a istinadən xəbər verir ki, zavodun yeni sahibi “Rostex” və ya Sənaye və Ticarət Nazirliyinin strukturları ola bilər.
Qeyd edək ki, “Renault” “AvtoVAZ”da 67.61% paya sahibdir. Bununla yanaşı, “Rostex” Avropa İttifaqının sanksiyaları altındadır. Buna görə şirkət “mövcud vəziyyətlə əlaqədar bütün variantları” nəzərdən keçirdiyini bildirib.
Xatırladaq ki, martın 23-ü “Renault” Moskvada istehsalını dayandırıb. Martın sonunda isə şirkət Rusiya bazarından çıxmaq üçün “AvtoVAZ”dakı payını yerli investorlara satmağı planlaşdırdığını deyib.
“Renault”un hesabatına görə, 2022-ci ilin birinci rübündə “AvtoVAZ”ın ümumi gəlirə töhfəsi ötən illə müqayisədə 23.1% azalaraq 527 milyon avro təşkil edib.