“Renault Duster” avtomobilləri “Lada” brendi altında Rusiyanın Tolyatti şəhərində istehsal olunacaq.
Eləcə də bax: Renault qrupunun Rusiyadakı aktivləri dövlət mülkiyyətinə - KEÇDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə mayın 16-sı Rusiyanın Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmir yolu mühəndisliyi departamentinin direktoru Denis Pak məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ildə “Renault” Rusiyada satış həcminə görə “Lada”, “Kia” və “Hyundai”dan sonra dördüncü olub. “Duster” modeli ölkədə ən çox satılan avtomobillər siyahısında 9-cü yerdədir.
Keçmiş “Renault Russia” zavodu indi “Moskviç” adlanacaq. Pakın sözlərinə görə, istehsal bu il bərpa olunacaq.
Fevralın sonunda Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə əlaqədar martın 23-də “Renault” bu ölkədə fəaliyyətini dayandırıb.