FED.az Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəsmi Telegram kanalında verilən məlumata istinadən xəbər verir ki, "Renault Russia" şirkətinin səhmləri Moskva şəhərinə, "Renault"un "Avtovaz"dakı payı isə Avtomobil üzrə Mərkəzi Tədqiqat İnstitutuna (NAMİ) verilib.
Eləcə də bax: “Moskviç” avtomobillərinin istehsalı - BƏRPA EDİLƏCƏK
"Renault Russia"nın səhmlərinin Moskva şəhərinə və Avtovazdakı paylarının verilməsini nəzərdə tutur. Aktivlər aşağıdakı kimi bölüşdürüləcək: "Renault Russia" QSC-nin səhmlərinin 100%-i Moskva şəhərinə məxsus olacaq. Avtovaz avtokonserninin səhmlərinin 67,69%-i NAMI tərəfindən təmsil olunan Rusiya Federasiyasının mülkiyyətinə keçəcək",- məlumatda bildirilir.
Eyni zamanda, "Avtovaz" zavodlarında "Lada" avtomobillərini istehsal etməyə davam edəcək. İstehsalçı həmçinin Rusiya bazarında Renault avtomobillərinə texniki xidmət göstərəcək.
"Renault Russia" şirkətinin Moskvada avtomobil zavodu mövcuddur. (Marja)