Rusiyanın "AvtoVaz" şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı "Xəzər Lada" ASC 2021-ci ili 504 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 389 min manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: «Lada»lar «avtomat»sız qaldı
FED.az xəbər verir ki, ötən il şirkətin cəmi əməliyyat gəlirləri 27 milyon 946 min manat, cəmi əməliyyat xərcləri isə 27 milyon 172 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən şirkətin 773 min manat əməliyyat mənfəəti yaranıb. "Xəzər Lada" məzənnə fərqinə görə 144 min manat zərər edib və 126 min manat mənfəət vergisi ödəyib.
2020-ci ildə "Xəzər Lada"nın əsas əməliyyat gəlirləri (satışdan gəlirlər) 18 milyon 505 min manat ikən, 2021-ci ildə 25 milyon 969 min manat təşkil edib. (Marja)